Slimfit
  1. TARİX

İzzəddin Həsənoğlunun "Kitabi-Sirətin-Nəbi" məsnəvisi.

İzzəddin Həsənoğlunun "Kitabi-Sirətin-Nəbi" məsnəvisi.
Sakura

İzzəddin Həsənoğlunun "Kitabi-Sirətin-Nəbi" məsnəvisi.

Sa‘dî-i Şîrâzî’nin məşhur əsəri Gülistân türkcə ilk dəfə Kitâbü Gülistân bi’t-Türkî adıyla Türkçə’ye Seyf-i Sarâyî 1 Şevval 793 (1 Eylül 1391) tarixində çevirmiştir. .
Azərbaycandilli klassik əsəbiyyatın ilk nümunəsi olan, İzzəddin Həsənoğlunun "Apardı könlümü" qəzəlidə ilk dəfə Seyfi Sarayı tərəfindən tərtib edilmiş "Kitabi-Gülüstan bil-Türki" adlı antologiyaya daxil etmişdir. (əlyazma hazırda Leyden Universiteti Kitabxanasında saxlanılır)
İzzəddin Həsənoğlunun Azərbaycan türkcəsində bilinən 3 qəzəli var idi.
Təzəlikdə tapılan "Kitabi-Sirətin-Nəbi" məsnəvisidir.
"Kitabi-Sirətin-Nəbi" məsnəvisi Hz. Məhəmmədə həsr olunmuş dini-ədəbi əsərdir. Məsnəvinin dili XIII əsr Azərbaycan türkcəsidir. 17 Səfər 1217 (miladi 1802) tarixində İstanbulda köçürülüb tədqiq edilmiş və hazırlanmış bir nüsxədir. Mənzum şəkildə olan əsərin mövzusu Əbül Həsən əl Bekri əl-Kasasinin Sirətün-Nəbi adlı əsərindən götürülüb. Həsənoğlu bir neçə beytə "Əbül Həsən Bəkri rəvayət edir ki" cümlələri ilə başlayır. Müəllif əsərin xətiməsində “Həsənoğlu bu xidmətin eşiyində, Üzün oldu türab əl-həmdü li-l-lah” yazıb,öz imzasını atmışdır.
Əsər İlhan Şimşək tərəfindən 2009-cu ildə Finlandiyadakı şəxsi kolleksionerdən satın alınaraq Türkiyəyə gətirilmiş, Türk Dil Qurumuna verilmiş və qurumun kitabxanasında “əlyazma 766, 15/2554” nömrə ilə qeyd edilmişdir. Əsərin ölçüsü 17x23,5-12x18 sm, 366 vərəqdən ibarətdir. Filiqranlı Avropa kağızına hərəkəli nəsx xətti ilə yazılıb. Əsərin hərəkəli olması orijinal nüsxədə də hərəkələrin olması fikrini gücləndirir. Məsnəvinin əsli indiyədək tapılmayıb. Əsər 12390 beytdən ibarətdir. Qissə başlıqları, ayələr qırmızı hərflərlə yazılıb
 
Əsər ilk dəfə 24 noyabr 2023 də Seyfəddin Altaylı tərəfindən Türkiyədə nəşr olundu.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR