Slimfit
  1. DÜNYA

İvanişvili 600 min şəxsin borcunu sildi: Mişaya qarşı həmlə

İvanişvili 600 min şəxsin borcunu sildi: Mişaya qarşı həmlə
Sakura

Gürcüstan hökuməti 600 mindən çox vətəndaşının banklara borcunu ödəməklə təbii ki, seçkiqabağı siyasi…

Gürcüstan hökuməti 600 mindən çox vətəndaşının banklara borcunu ödəməklə təbii ki, seçkiqabağı siyasi məqsəd güdür.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, siyasətdə bu cür addımlar normaldır:

“Əsas odur ki, hakimiyyət xalq faktaronu nəzərə alır və bu addımlara getməyə məcbur olur. Bu qərar noyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərində İvanişvilinin komandasının qələbəsini təmin edə bilməyəcək. Amma bütün bunlar hakimiyyət komandasının şanslarını artıracaq”.

Politoloq vurğulayıb ki, Gürcüstan vətəndaşları bu seçkidə İvanişvili və onun komandasının qalmasına deyil, Saakaşvili və onun komandasının qayıtmasına səs verəcək:

“Yəni gürcülər Qərbə daha da inteqrasiyaya, islahatlara, korrupsiyasızlığa səs verəcək. Təbii, bütün bunlar saxtalaşdırmalar baş verməsə olacaq. İkinci turda cüzi saxtalaşdırma kifayətdir ki, vəziyyət dəyişsin. İstər iqtidar, istər müxalifət seçki günü çox diqqətli olmalıdır. Hər an vəziyyət bu və ya digər tərəfin xeyrinə dəyişə bilər. Lakin istənilən halda mən bu seçkidə favorit olaraq müxalifətin namizədini görürəm. Seçki demokratik keçsə, Vaşadze qalib gəlməlidir. Əks halda qonşu ölkədə inqilabi vəziyyət yarana bilər”.

Qeyd edək ki, Gürcüstan hökuməti banklara borcunu ödəməkdə çətinlik çəkən 600 mindən çox vətəndaşın problemini həll edib. Hökumət əhalinin ümumilikdə 1,5 milyard lari (təxminən 570 milyon dollar) həcmində olan borclarını silib. Bu məsələnin həllini İvanişvilinin maliyyələşdirdiyi "Kartu" Fondu ilə banklar öz üzərinə götürüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR