Slimfit
  1. DÜNYA

İtaliya Tehrandakı konsulluğunu bağlayıb

İtaliya Tehrandakı konsulluğunu bağlayıb
Sakura

İtaliya Tehrandakı konsulluğunu bağlayıb

İtaliyanın Tehrandakı konsulluğu təhlükəsizliklə əlaqədar iki gün bağlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri bildirib.

"Konsulluq bölməsi ehtiyat tədbirlərinə görə iki gün bağlanıb. Səfirlik normal rejimdə fəaliyyətini davam etdirir", - İtaliya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Xarici işlər, beynəlxalq əməkdaşlıq naziri və İtaliyanın baş nazirinin müavini Antonio Tayaninin daha sonra parlamentin hər iki palatasının xarici işlər və müdafiə komissiyalarının birgə iclasında çıxışı zamanı bildirib ki, konsulluq şöbəsi personalın təhlükəsizliyini təmin etmək üçün bir neçə gün ərzində bağlanıb. "Bütün fəaliyyətlər, o cümlədən konsulluqlar səfirlikdə cəmləşib", - Tayani deyib.

O, eyni səbəblərdən Tehranda bir italyan məktəbinin distant təhsilə keçdiyini də bildirib. Nazir İranın paytaxtında 400-ə yaxın italiyalının yaşadığına aydınlıq gətirib. “Biz İsraildə, Fələstin ərazilərində, İordaniyada, Livanda, İranda vətəndaşlarımızın təhlükəsizliyini təmin etməklə gecə-gündüz məşğuluq, diplomatlarımız hər yerdə işləyir və yardım göstərməyə hazırıq”, - deyə Tayani əmin edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR