Slimfit
  1. MARAQLI

İt dəhşətli diaqnozu olan qıza sevgi tapmaqda kömək etdi

İt dəhşətli diaqnozu olan qıza sevgi tapmaqda kömək etdi
Sakura

Gənc qadın hər şeydə güvəndiyi iti ilə ilk görüşə getdi və gələcək əri ilə tanış oldu.

Ingiltərənin Brayton şəhərində yaşayan 31 yaşlı Salli Uitninin 24 saat qulluğa ehtiyacı var. Ancaq İtan adlı köməkçi iti onda güvən yaradıb və müstəqil duş qəbul etməyə, geyinməyə və alış-veriş etməyə kömək edir.

Supermarketdə olanların yarısı ayaq saxlayaraq labrador və qızılı retriver cinsinin qarışığı olan itin kassada məhsulların pulunu necə ödəməyinə və qəbzi səliqəylə götürməyinə tamaşa edir.

Salli deyir: "İtan yalnız həyatımı asanlaşdırmadı, bütün dünyagörüşümü dəyişdi, mənə rahatlıq verdi və sevgiyə layiq olduğumu öyrətdi."

Bedfordşirdə valideynləri, kiçik qardaşı və bir neçə pişiyi ilə böyüyən Salli şox sakit, yumşaq xarakteri ilə seçilirdi. "Mən bütün günü oxuyurdum, məktəbi sevirdim və həkim olmağı xəyal edirdim. Həyat gözəl idi. Sonralar qarşılaşacağım sağlamlıq probleminin yeganə əlaməti bu idi ki, balet müəllimim mənim oynaqlarımın qəribə olduğunu deyirdi və baş barmağım idman oyunları zamanı tez-tez burxulurdu. ”

Salli tibb instituna qəbul olmaq üçün çox çalışdı. Lakin 17 yaşında, onda qıcolmalar başladı, ağır xəstələndi və sağ qolundan başqa bütün bədəni iflic oldu. Səkkiz ay xəstəxanada qaldı və boru vasitəsilə yedirilməyə ehtiyac duyurdu. Ens.az bildirir ki, 2008-ci ildə həkimlər, yeniyetməyə öz immunitet sisteminin orqanlara və toxumalara hücum etdiyi sağalmaz avtoimmun xəstəliyi - qurdeşənəyi diaqnozu qoymuşdular.

Salli bir neçə saat davam edə bilən ağır pristuplardan əziyyət çəkirdi.

Tezliklə məlum oldu ki, Sallinin tibblə məşğul olmaq üçün heç vaxt lazımi sağlamlığı olmayacaq. Bunun əvəzinə, o, istiqaməti Sasseksa Universitetində idrak elminə tərəf dəyişdi. Ona digər zərbə 2012-ci ildə tələbə olduğu zaman, orqanlara, sümüklərə, əzələlərə və qan damarlarına dəstək verən birləşdirici toxumaların həddən artıq elastik olduğu Elers-Danlos sindromu diaqnozu qoyuldu.

"Bu iki xəstəlikdən görə məndə ürəkkeçmələr olduqda, bütün oynaqlarım burxulur" deyə Salli izah edir. "Bu, sidik kisəsi və bağırsaq kimi daxili orqanlarıma və qan damarlarıma təsir edir. Buna görə məsələn, ayaqüstə dayanıb bir şey edərkən bəzən qan ayaqlarıma axır, amma ürəyimə geri dönmür" mən huşumu itirirəm və ya ürəkkeçməm olur ”.

2013 - 2016 illəri arasında Salli 10 dəfə reanimasiyada qalıb

Bundan sonra, gün boyu ona qulluq etmək üçün baxıcı götürdü və daim əlil arabasından istifadə etməyə başladı. "Mən depressiyaya düşmədim, sağ qalmağım xoşbəxtlik idi" deyir. "Ancaq baxıcılara olan ehtiyac mənə kiməsə yük olmaq hiss verirdi." Xəstəyə qayğı göstərən birisi üçün bu çox emosional əməkdir, köməyə ehtiyacı olan insan üçün isə bu, böyük bir günah hissi yaşadır. Sizdə bunun müqabilində bir şey verə bilmirsiniz hissi olur.

Belə bir vaxtda Sallinin əmisi qızı, Londonda xeyriyyəçi itlər cəmiyyəti tərəfindən təşkil edilən nümayişi görəndə ağlına köməkçi it əldə etmək gəlir. Heyvanları sevən Salli dərhal bu fikri bəyənir. İki il ərzində uyğun bir küçüyü gözlədikdən sonra, Salli 2015-ci ildə 14 aylıq olan İtanla tanış oldu. Görüş Qərbi Sasseksdəki "Kenin Partners"-in baş qərargahında keçirildi: “O qədər həyəcanlı idim ki, ilk görüş kimi idi. İtan içəri girdi və mən onun super uzun, ipək qulaqları və böyük gözlərinə sadəcə aşiq oldum. Səsimə yaxşı cavab verdi, ikimiz də enerjiliyik və bu da yaxşı bir təsadüfdür.

İtan Sallinin Braytondakı mənzilinə köçdüyü zaman həyatının ilk ilini Halledə "bala valideynləri" mərkəzində təlim almaqda keçirdi və əhliləşmənin əsaslarını öyrəndi. Burada ona izdihamdan, insanların sıx hərəkət yerlərindən, yüksək səs-küydən və digər heyvanlardan qorxmamaq öyrədildi. Daha sonra isə xüsusi olaraq Sallinin ehtiyaclarına uyğunlaşmaq üçün inkişaf etdirilmə təlimlərinə cəlb olundu və burada ona şkafı açmaq və düymələri necə basmaq da daxil olmaqla əlavə vərdişlər öyrədildi.

"İtana qədər qıcolma ehtimalına görə mənə təklikdə duş qəbul etmək çox təhlükəli idi. O mənimlə vanna otağına girir və mənə şampun, dəsmal uzadır. Halsızlaşsam, ürəyim getsə, baxıcıma xəbərdar edəcək. Çirkli paltarlarımı səbətə qoyur, siyirmədən təmizlərini verir və şkafdan çəkmələrimi çıxarır. Cins şalvarımı və çəkmələrimi çıxartmaqda mənə kömək edir. Rəflərdən və soyuducudan məhsullar götürə bilir, həmçinin telefonu, açarı və cüzdanı gətirə bilir. Alış-veriş etmək üçün kontaktsız ödəmədən istifadə edir. İndi o, hamının onu sevdiyi "Asda" supermarketində məşhurdur ”.

İtan camaat arasına çıxdıqda, üzərində, ona yemək təklif edən xoşniyyətli insanlara bildiriş üçün "Xahiş edirəm məni yayındırmayın" sözləri yazılmış gödəkçə olur. İtanın yedikləri yerkökü və it biskvitlərindən tutmuş sevdiyi burmalı pendirə və ya fıstıq yağına qədərdir. Həftədə üç dəfə sərbəst qaçmaq, müxtəlif yerlərə sidik qoymaq və digər itlərlə oynamaq üçün bayırda gəzir. Qalan vaxt, Sallinin kreslosuna oturur və ya yatağında yatır, əgər ürəkkeçmə baş verərsə tibb bacısını xəbərdar etməyə hazırdır.

“Əlil arabasında oturanda insanlar sizinlə danışmaqdan utanırlar, özlərini yöndəmsiz hiss edirlər. İndi mənə İtanın nə qədər yaraşıqlı olduğunu deyirlər və bu söhbət üçün başlanğıc olur. Nəhayət, mənə özümü yalnız bir yük deyil, lazımlı hiss etdirməyə səbəb oldu ”.

Sallini, əlil gənclərə həsr olunmuş "dolu bir həyat yaşamaq" layihəsi üzərində çalışan Şeffild Universitetində elmi işçi kimi iş tapmağa sövq edən də onun sadiq dostu olub.

Yenidən yaranan özünə inam Sallini romantika haqqında düşünməyə vadar etdi.

“Əlil arabasında və gecə-gündüz qayğıya ehtiyacım olduğum halda özümü hansısa görüşdə təsəvvür etmək mənim üçün çətin idi. Sosial şəbəkə hesabımdakı profilimdə özümü necə açıqlayacağımı bilmirdim. Buna görə bir neçə şəkil əlil arabasında, bir neçəsini isə İtanla çəkdirdim. Hansısa münasibətə başlayacaqdımsa, həmin insan bu çatışmazlıqlarımı və İtanla mənim - vahid, tam olduğumu bilməli idi. ”

Beləliklə, 2016-cı ildə tanışlıq saytında Salli indi 35 yaşı olan riyaziyyat müəllimi Ed ilə tanış oldu.

"Yerli restorandakı ilk görüşümüzə İtanla getmişdim. Yaxşı mənada təəccüblü idi ki, Ed mənim zəifliyim hesab etdiyim bunların hamısına normal yanaşırdı. O qədər mehriban və anlayışlı idi ki, heç gözləmirdim. İtanla yaxınlığıma da hörmətlə yanaşdı. Onun heç vaxt ev heyvanı olmamışdı, amma onlar dost oldular. ”

Ed bir it gəzintisi zamanı diz çökərərək mənə evlilik təklif etdi! İtanın cırıldayan topunun səs-küyünü qapayan səslə Salli bəli dedi və cütlük 2017-ci ilin avqustunda toy etdi. "Kilsədə İtan məni səcdəgahın yanına apardı və üzüyü o gətirdi və atam arxamızca gəldi. Bal ayı vaxtı iti rəfiqəmin yanında qoydum, çünki mənə elə gəldi ki, bu dəfə yalnız ikilikdə olmalıyıq. Mənə uçmaq üçün icazə verilmədi və biz Norveçə gəmi gəzintisinə getdik".

Hal-hazırda, Salli akademik cəmiyyətdə işləməkdən zövq alır, çox böyük həvəslə kineloq -tərəfdaşlarının işini təbliğ edir və ötən il İtanın "inanılmaz dost və köməkçi olduğuna görə" birdən birə üç mükafata layiq görülməsindən qürur duyur. "Bizim bir dolab mükafatlarımız var, ancaq İtan onları sakit qəbul edir. Ona deyirəm ki, mənim yaşadığım qədər uzun müddət yaşamalıdır, çünki başqa bir itlə eyni əlaqəni yenidən qura bilmərəm. Onsuz mənimlə nə baş verəcəyini bilmirəm. O mənim üçün hər şeydir.

Mənbə: www.wday.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR