Slimfit
  1. MARAQLI

İsveçrəli şirniyyatçılar yeni şokolad növü yaratdılar

İsveçrəli şirniyyatçılar yeni şokolad növü yaratdılar
Sakura

İsveçrəli şirniyyatçılar yeni şokolad növü yaratdılar

İsveçrə şirniyyatçıları bəyan ediblər ki, 80 il ərzində ilk dəfə qara, ağ və südlü şokoladdan sonra dördüncü növ şokolad yaradıblar və onu tünd qırmızı adlandırdılar.

İsveçrənin şokolad nəhəngi Barri Kallebaut iddia edir ki, yeniliyin yaradılması üçün mütəxəssislərin bir neçə il araşdırdığı tünd qırmızı kakao paxlasından istifadə olunub. Məhz onlar şokolada “giləmeyvə dadı və təravəti” verir. Bununla yanaşı giləmeyvənin özü onların sözlərinə görə şokolada əlavə olunmayıb, onun iyi və rəngi isə tamamilə təbiidir.

Xarakterik qırmızı çalarına görə Ruby adlanan yeni şokolad 1930-cu ildən sonra yaranan ilk şokolad ola bilər.

Şirniyyatçılar deyir ki, yeni şokolad özündə “dadın tamamilə yeni formasını” təcəssüm etdirir, nə  acıdır, nə südlü deyil və nə də şirin deyil.

“Tünd qırmızı şokolad təravətləndirir və yüngül kremli teksturaya malikdir. O dada görə o qədər yüngül və meyvəlidir ki, siz hətta şokolad yediyinizi başa düşmürsünüz”, - şokolad üzrə ekspert Anqus Kennedi deyib.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR