Dərc edildi: Baxış sayı: 595
İsveçrədə inək buynuzları ilə bağlı referendum keçiriləcək
İsveçrədə noyabrın 25-də inək buynuzları ilə bağlı referendum keçiriləcək.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, referendum inək buynuzlarının kəsilməsinə qarşı çıxan 66 yaşlı yerli fermer Armen Kapolun təşəbbüsü və bu məqsədlə 100 min imza toplması nəticəsində baş tutacaq.
Fermer heyvanlara təbiətin onları yaratdığı kimi hörmət edilməsinin zəruriliyini önə çəkir.
İndi İsveçrədə ya inəklərin buynuzları kəsilir, ya da buynuzsuz inək doğumu üçün genetik dəyişiklik edilir.
A.Kapol hesab edir ki, buynuzlar inəklərin ünsiyyətinə və bədəninin istiliyini tənzimlənməsinə kömək edir. O hətta hər buynuzlu inək üçün illik 190 İsveçrə frankı ayrılmasını təklif edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət