İsveç Milli Kriptovalyuta testlərinə başlayır
Ens.az xəbər verir ki, İsveçin Mərkəzi Bankı (Riksbank), Accenture konsaltinq şirkəti ilə birlikdə ölkənin pul vahidi olan kronun elektron versiyasını sınamağa başlayıb. Gələcəkdə bu rəqəmsal valyutanın ölkədə nağd pulu tamamilə əvəz edə biləcəyi güman edili.
*Kriptovalyuta- virtual (rəqəmsal) valyutanın bir növü olmaqla bərarbər elektron ödəniş şəbəkəsidir. İnternet şəbəkəsinin qlobal xarakter daşıdığı bir dövrdə kriptovalyuta maliyyə sistemində innovativ bir yenilikdir və ödəniş vasitəsi kimi yaxın gələcəkdə ən ideal valyuta olacağı qaçılmazdır. Hətta kriptovalyutaya internetin qızılı da demək mümkündür.
Pilot layihə 2021-ci ilin fevralına qədər davam edəcəkdir. Məqsəd "sadə və istifadəsi asan" bir model tapmaqdır.
Testin bir hissəsi olaraq təcrübə iştirakçıları rəqəmsal valyutanı elektron cüzdana köçürəcəklər. Hesabdan pul çıxarmaq, depozit qoymaq və mobil tətbiqetmə və ya ağıllı saat vasitəsilə alış-veriş üçün ödəmə imkanı əldə edəcəklər.
"Pilot layihənin əsas məqsədi bankın rəqəmsal kron haqqında biliklərini genişləndirməkdir" deyən Riksbank nümayəndələri, kütləvi dövriyyə üçün elektron valyutanın buraxılması ilə bağlı qərarın hələ qəbul edilmədiyini söyləyib.
Test zamanı Amerikanın R3 blockchain konsorsiumu tərəfindən hazırlanmış Corda platforması istifadə olunur. Layihə nümayəndələri qeyd edir ki, Corda, digər təcrübə iştirakçıları üçün əlçatan bir şəbəkə yaratmağa imkan verdiyindən digər kriptovalyutalardan əhəmiyyətli dərəcədə fərqlənir.
2018-ci ildə Beynəlxalq Hesablaşmalar Bankı İsveçdə dövriyyədə olan nağd pul məbləğinin ölkənin ÜDM-nin yalnız 1,4% -ni təşkil etdiyini müəyyən edib. Bu, tədqiqatın keçirildiyi 50 ölkə arasında ən aşağı göstəricidir.
Riksbank-ın araşdırmasına görə, 2018-ci ildə alış-veriş məqsədilə ödəmək üçün nağd pul istifadə edənlərin nisbəti 13% təşkil edib. Müqayisə üçün, onilliyin əvvəlində bu göstərici 39% idi.
Mənbə: secretmag.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət