Dərc edildi: Baxış sayı: 614
İştvan Kovaç: Azərbaycanın təmiz qolunun sayılmamasına görə sevinməliyik
Komanda ilk hissədə əla çıxış etdi. Bizim başqa qol şanslarımız da oldu. Təəssüf ki, qapıya zərbələrimizdə dəqiqlik çatmadı. Ola bilər ki, bu, başımızdan Xorvatiya ilə matçın çıxmamasından irəli gəlirdi.
Macarıstanın “Origo Sport” saytı xəbər verir ki, bunu Macarıstan millisinin futbolçusu İştvan Kovaç deyib.
27 yaşlı hücumameyilli yarımmüdafiəçi 86 dəqiqə oynadığı Azərbaycanla oyunda hakimlərin rəqibin qolunu saymamasından da danışıb:
“Vacib olanı qələbə qazanmaq idi. Baxmayaraq ki, yekunda azərbaycanlılar təmiz qol vursa da, o sayılmadı. Sevinməliyik ki, onu saymadılar və bunun nəticəsində biz “Avro-2020”yə çıxmaq şanslarımızı qoruyub saxladıq. Əvvəllər də hakimlər bizim əleyhimizə səhvlər etmişdi. Belə bir top fərqli qələbə çox fərqli qələbədən daha yaxşıdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət