Slimfit
  1. PSİXOLOGİYA

İstənilən insanın xoşuna gəlmək üçün 7 üsul

İstənilən insanın xoşuna gəlmək üçün 7 üsul
Sakura

Federal Tədqiqatlar Bürosunun eksperti məsləhət görür

Federal büronun davranışın təhlili bölməsinin rəhbəri öz kitabında digər insanlarda özünə simpatiya yaratmağa necə nail olmağın qaydalarını izah edib.

Robin Dreek 27 il ərzində insanlar arasında münasibətləri araşdırıb və nəticədə bir kitab dərc edib – “İş təkcə mənimlə bağlı deyil: istənilən insanlar sürətli əlaqənin yaradılması üçün ən yaxşı 10 texnologiya”. Orada o söhbətin ilk dəqiqəsindən qarşıdakı insanda simpatiya yaratmaq haqqında məsləhətlər verir.

Həmsöhbətin fikirlərinə mühakiməsiz qulaq asın

Hətta əgər siz onunla razı olmasanız belə. Suallar verin, cavablara qulaq asın, lakin mühakimə etməyin. Sizin kimi heç kim özünün mühakimə edilməsini istəmir. Bu o demək deyil ki, siz razılaşırsınız. Səmimi maraq göstərin, suallar verin və bu da insanlara sakitcə istədiyi mövzuda – öz haqqında söhbət etməsinə imkan verəcək. Beyin reaksiyasının araşdırmaları göstərdi ki, özəl və ya sosial şəbəkələrdə söhbət zamanı insanlar özlərinin haqqında danışarkən yemək və ya puldan aldıqları həzz hissini yaşayırlar.

İnsanların onların səhvlərini göstərməyin

Özünü hər zaman düz hesab etmək və başqalarının səhvlərini düzəltmək istəyinə şüurlu şəkildə məhəl qoymamaq lazımdır. Elm təsdiqləyir ki, bu münasibətlərin qurulmasına təsir göstərmir. İnsanlar onların dünya görüşünə zidd olan informasiyanı eşidəndə məntiq və mülahizələrə cavabdeh olan beyin hissələri yuxu rejiminə keçir, lakin yadlıq və ya hücum kimi düşmənçilik hərəkətlərinə reaksiya verən hissələr aktivləşir.

Daha sonra edəcəyiniz bir şey barədə düşünməyin

Bunun əvəzinə həmsöhbətinizə qulaq asmağa davam edin. Danışanın sözünü kəsməyin, ona qarşı çıxmayın və nə qədər darıxdırıcı olsa belə onu dəyərləndirməyin. Başınızı hərəkət etdirin, təsdiqləyici səslər çıxarın, mövzu ilə səmimi maraqlanmağa və ona aid suallar verməyə çalışın. Alimlər təsdiqləyir ki, əgər siz əlavə bir məsələ barədə danışılmasını istəyirsinizsə bu həmsöhbətinizin gözləyində sizi daha xoş edir və sizə kömək edilməsi istəyini yaradır.

Həmsöhbətinizin həyatındakı prioritetlər barədə soruşun

Ondan məsləhət alın. Hər kəsin problemi var və biz o barədə danışmağı xoşlayırıq. Bu işdə yeni layihələr, yaşayış yerində olan hadisələr, balaca uşaqlar və ya yaşlı valideynlər barədə çətinliklər ola bilərş Əgər onlar barədə səmimi maraqla soruşsaq insanlar sizə qarşı da bu addımı atacaq. Əgər siz müəyyən vəziyyətdə nə edəcəyiniz barədə soruşsanız eyni şey baş verəcək.

Vaxtı məhdudlaşdırın

Motto Time məsləhət görür ki, həmsöhbətinizə söhbət üçün bir dəqiqəniz olduğunu söyləyin. İnsanlar sizin tezliklə gedəcəyinizi biləndə rahat olacaqlar. Heç kəs tanımadığı insanla çox vaxt keçirmək istəməz. Hər şeydən əvvəl onun sizinlə danışmaq üçün vaxtının olub-olmadığını soruşun. Ancaq onlar razılaşandan sonra söhbəti davam etdirin.

Sizin jestləriniz sözlərinizə uyğun olmalıdır

Yavaş gülümsəmək çox güclü effekt yaradır. Məhz o bizi xoşbəxt edir: araşdırmalara əsasən gülümsəmək beyinə minlərlə şokoladın yaratdığı məmnunluğu bəxş edir! Bütün bədəninizlə həmsöhbətinizə təsir göstərməyin: bədəninizin yarısını döndərin, bir az çənənizi aşağı salın, başınızı əyin, əlinizi ovucunuzun yuxarı vəziyyətində saxlayın.

Səmimi olun

Əgər siz manipulyasiya edilməyiniz və ya istifadə edilməyiniz barədə şübhələnirsinizsə, onda həmsöhbətinizə onun nəyə çalışdığı barədə nəzakətlə soruşun. Qarşılıqlı simpatiya üçün inam çox vacibdir.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR