Slimfit
  1. AZƏRBAYCAN

İşsizlərin ictimai işlərlə təmin olunması proqramı üçün 80 milyon manat ayrılıb

İşsizlərin ictimai işlərlə təmin olunması proqramı üçün 80 milyon manat ayrılıb
Sakura

İşsizlərin ictimai işlərlə təmin olunması proqramı üçün 80 milyon manat ayrılıb

İctimai əsaslarla işlər deyiləndə əslində söhbət haqqı ödənilən işlərdən, yəni işaxtaranlar və işsizlərin məşğulluğundan gedir. Həmin işlər zamanı xüsusi ixtisas və peşə hazırlığı tələb olunmur. İşləmək arzusunda olanla yerli məşğulluq orqanlarında qəbula yazılır və yerli icra hakimiyyəti orqanlarının təklif etdiyi ərazilərin yaşıllaşdırılması, parkların salınması, təmir işləri, abadlıq, təmizlik işlərinə, hətta sosialyönümlü işlərə də cəlb oluna bilərlər. İctimai işlərin çoxu günün bir neçə saatı ərzində və ya tam olmayan həftə ərzində icra edilir. Həmin işlərə qəbul edilənlərin aylıq əməkhaqqı 203 manat məbləğində nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST İş Mərkəzi”nin direktoru Niyazi Rəhimov mətbuat konfransında deyib.

Direktorun verdiyi məlumata görə, indiyədək işə qəbul edilən 16 min nəfərin 3 min nəfəri Bakıda, qalanları regionlarda işlə təmin olunub. Gələn ay 30 min nəfərin işə qəbul edilməsi gözlənilir və onun 6 minə qədəri paytaxtı əhatə edəcək. İşsizlərin ictimai işlərə cəlb olunması proqramı üçün 80 milyon manat vəsait ayrılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR