Slimfit
  1. MEDİA

“İşsiz qalanlara yardım edilməsi üçün hökumətə təkliflər vermişik” – DEPUTAT

“İşsiz qalanlara yardım edilməsi üçün hökumətə təkliflər vermişik” – DEPUTAT
Sakura

“İşsiz qalanlara yardım edilməsi üçün hökumətə təkliflər vermişik” – DEPUTAT

Xəbər verdiyimiz kimi, 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək Azərbaycan ərazisində xüsusi karantin rejimi elan edildi. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir:

 

“Dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir”.

 

Karantin rejimi elan edildiksən sonra cəmiyyətdə müəyyən suallar meydana çıxdı. Avtosfer.az xəbər verir ki, AYNA məsələ ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədova müraciət edib:

 

- Vahid müəllim, evdən çıxması qadağan edilən 65 yaşdan yuxarı tənha insanlara xidmət necə təşkil olunacaq? Bunun proseduru düşünülübmü?

- Nazirlər Kabineti yanında Operativ Qərargahın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, eləcə də nazir Sahil Babayevin özünün bununla bağlı açıqlamaları var. Müəyyən tədbirlər planı işlənib hazırlanır. Yəqin ki, bu günlərdə həmin plana imza da atılacaq. Çünki, həmin insanlara yardımla və müəyyən tələbələrini ödəməklə əlaqədar müəyyən işlər görülməli, təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Yəqin ki, bugünlərdə bununla əlaqədar müəyyən qərarlar veriləcək.

 

- Karantin tədbirlərində “İstisnasız şəhərarası və rayonarası sərnişindaşıma dayandırılır” ifadəsi keçir. Bu, nə deməkdir? Məsələn, Masallı daxilində marşrut işləməyəcək? İşləməyəcəksə, rayon daxilində və kəndlərlə əlaqə necə təmin olunacaq?

- Burada rayon daxilində işləməkdən söhbət getmir. Rayonlararası, şəhərlərarası marşurutlardan söhbət gedir. Əgər fikir verirsinizsə, Bakının özündə də marşurutlar fəaliyyət göstərir. Müəyyən hissəsi işləyir. Yəni burada tamamilə dayanmadan söhbət gedə bilməz.  Müəyyən işlər var ki, onlar da görülməlidir. İnsanlar var ki, onlar işləməyə bilməzlər. Çünki təxirəsalınmaz işlər var. Həmin işlər də həyata keçirilməlidir. Ona görə də, müəyyən nəqliyyat vasitələrinin istifadəsi vacibdir.

 

- Bütün bu məhdudiyyətlərə görə işsiz qalanlar barədə dövlət nə düşünür?

- Bununla əlaqədar müəyyən təkliflər var. Biz həmin təklifləri hökumətə təqdim etmişik. Onların üzərində müəyyən işlər gedir. Günəmuzd işləyən, kifayət qədər ehtiyacı olan insanlar var. Həmin insanlara dövlət tərəfindən yardımlar olunmalıdır və dünən də nazir Sahil Babayev bununla əlaqədar geniş məlumat verdi. Yəqin ki, bununla bağlı əlavə tədbirlər olacaq və müəyyən qərarlar veriləcək.

Mənbə: Avtosfer.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR