Slimfit
  1. DÜNYA

İsrailin müxalifət lideri Lapid: "Netanyahunun ABŞ ilə fikir ayrılığı ölkəyə zərər verir"

İsrailin müxalifət lideri Lapid: "Netanyahunun ABŞ ilə fikir ayrılığı ölkəyə zərər verir"
Sakura

İsrailin müxalifət lideri Lapid: "Netanyahunun ABŞ ilə fikir ayrılığı ölkəyə zərər verir"

İsrailin əsas müxalifət lideri Yair Lapid xəbərdarlıq edib ki, baş nazir Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden administrasiyası arasında fikir ayrılığı ölkənin təhlükəsizliyinə və xarici əlaqələrə zərər verir.

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, müxalifət lideri "X" sosial media hesabından məsələ ilə bağlı açıqlama verib.

Lapid: "Netanyahu ilə ABŞ administrasiyası arasında açıq fikir ayrılığı dövlətin təhlükəsizliyinə və İsrailin xarici əlaqələrinə zərər verir, bu, milli məsuliyyətin olmamasıdır. İndiki hökumət Qəzzada irəliləyiş əldə edə bilər, amma onların bu "uğurları" İsrail dövlətinin strateji siyasətinin məğlubiyyəti ilə nəticələnə bilər. İsrail beynəlxaq səviyyədə təklənə bilər", - deyə qeyd edib.

ABŞ prezidenti Bayden Nyu Yorkda jurnalistlərə xəbərdarlıq edib ki, Qəzzada günahsızların öldürülməsi İsrailə beynəlxalq dəstəyi azalda bilər.

Bidenin bəyanatına cavab olaraq Netanyahu bildirib ki, ABŞ ictimaiyyətində İsrailə dəstək yüksək olmaqda davam edir.

Harvard Harris Poll sorğusunda ABŞ ictimaiyyətinin İsrailə verdiyi dəstəyin yüzdə 82 olduğuna diqqət çəkən Netanyahu: "Bu, qələbəyə qədər hücumlarımızı davam etdirməmizə kömək edəcək", - dedyə qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR