Dərc edildi: Baxış sayı: 274
İsrailin müdafiə naziri: “HƏMAS yaraqlıları kütləvi şəkildə təslim olurlar”
HƏMAS qruplaşmasının yaraqlıları kütləvi şəkildə təslim olurlar.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu açıqlamanı İsrailin müdafiə naziri Yoav Qalant çıxış edib.
O qeyd edib ki, təslim olanlara oktyabrın 7-də baş verən hücumlarda iştirak edənlər də daxildir.
Y.Qalant əlavə edib ki, hazırda İsrail ordusu HƏMAS-ın Cəbaliya və Şucayyadakı son qalalarını məhv etməklə məşğuldur.
“Radikallar iflas etməyə yaxındırlar. Təslim olanların sayı vəziyyət haqqında çox şey deyir. Onlar sığınacaqlardan çıxaraq silah və qida çatışmazlığının olduğunu etiraf edirlər”, - deyə İsrailin müdafiə naziri əlavə edib.
Mənbə: “Yedioth Ahronoth”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət