Dərc edildi: Baxış sayı: 172
İsrail Ukraynanı bununla gücləndirmək istəyir
İsrail Ukraynanı raket zərbələri və dron hücumları üçün erkən xəbərdarlıq sistemləri ilə təmin etməyə çalışır.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT Baş Assambleyasının iclasında bildirib.
"İsrail Ukraynanı dinc əhalini Rusiyanın raket və pilotsuz təyyarələrinin hücumlarından qorumaq üçün erkən xəbərdarlıq sistemləri ilə təmin etməyə çalışır. Biz bu sahədə araşdırmalar aparmağa məcbur olmuşuq və imkanlarımızı ukraynalı dostlarımızla bölüşməkdən məmnunuq", - G.Erdan deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət