Slimfit
  1. DÜNYA

İsrail üçün tarixi proses: Tramp seçilsə... - Şərh

İsrail üçün tarixi proses: Tramp seçilsə... - Şərh
Sakura

İsrail üçün tarixi proses: Tramp seçilsə... - Şərh

İsrail açıq şəkildə olmasa da, ABŞ-a F-35 təyyarələrini Yaxın Şərq ölkələlərinə satmaması yönündə təzyiqlər edir. Hətta Türkiyənin F-35 proqramından çıxmasında İsrailin payı böyükdür.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev BƏƏ, İsrail və ABŞ arasında keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün ləğv edilməsini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, İsrail üçün regionda bir nömrəli məsələ onun təhlükəsizliyidir:

“F-35-lər ən yeni qırıcı təyyarələrdir. Hətta deyilənə görə, bu təyyarələr heç bir radar sistemi və ya hava hücumundan müdafiə qurğuları tərəfindən aşkarlana bilmir. Buna görə də rəsmi Təl-Əviv Yaxın Şərqdə nəinki BƏƏ, heç bir ölkənin F-35-i almasını istəmir. BƏƏ-dən öncə Səudiyyə Ərəbistanı da bənzər təşəbbüslə ABŞ-a müraciət etmişdi.

İsrail hazırda Yaxın Şərqdə ən güclü hərbi hava qüvvələrinə malik ölkələrdəndir. Təsadüfi deyil ki, İsrail I Ərəb-İsrail müharibəsi zamanı hərbi hava qüvvələrinin hesabına özündən qatbaqat güclü olan ərəb ölkələrini qısa müddətdə məğlub edə bildi. Məhz buna görə rəsmi Təl-Əviv regionda özündən güclü hərbi hava qüvvələrinə malik ölkənin olmasını istəmir”.

Politoloq sözlərinə görə, BƏƏ ilə İsrail arasında imzalanan müqavilədə qaranlıq qalan məqamlar çoxdur:

“Bu razılaşmaya baxdıqda bəzi şərtlərin İsrail tərəfindən yerinə yetirilməyəcəyi aydın şəkildə görünür. Məsələn, BƏƏ o şərtlə İsraili tanıyır ki, rəsmi Təl-Əviv İordan çayının qərb sahilində qanunsuz yaşayış məskənləri salmasın. Ancaq İsrail Baş naziri Benyamin Netanyahunun seçki vədlərindən biri İordan çayının qərb sahilinin İsrailə birləşdiriləcəyi idi.

Bundan başqa, bir müddət əvvəl BƏƏ-nin iki şirkəti İrana təyyarə ehtiyat hissələri satması səbəbindən sanksiyalara məruz qaldı. Yəni göründüyü kimi, BƏƏ və İsrail arasında kifayət qədər qaranlıq qalan məqamlar var”.

Politoloq bildirib ki, ABŞ-ın təqdim etdiyi “Əsrin müqaviləsi”nin taleyi bu prezident seçkilərinin nəticələrindən asılı olacaq:

“Hazırda həm Səudiyyə Ərəbistanını, həm də BƏƏ-ni İsraillə danışıqlar masasına oturda biləcək şəxs Donald Trampdır. Tramp ikinci dəfə ABŞ prezidenti seçilsə, ərəb ölkələri İsraili tanımalı olacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR