Slimfit
  1. DÜNYA

İsrail stadiona hücuma görə məsul olan “Hizbullah” komandirinin məhv edildiyini açıqlayıb

İsrail stadiona hücuma görə məsul olan “Hizbullah” komandirinin məhv edildiyini açıqlayıb
Sakura

İsrail stadiona hücuma görə məsul olan “Hizbullah” komandirinin məhv edildiyini açıqlayıb

İsrail Müdafiə Qüvvələri (İMQ) iyul ayında Colan təpələrindəki futbol meydançasına hücumu təşkil edən “Hizbullah” komandiri Heydər əl-Şabianın məhv edildiyini açıqlayıb.

Ens.Az "Report"a istinadən xəbər verir ki, bu barədə “Sky News” ordu mətbuat xidmətinin bəyanatına istinadən bildirib.

“Dünən, kəşfiyyat məlumatlarına əsasən, İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Məcdəl-Şəmsdəki hücuma görə məsuliyyət daşıyan terrorçu Heydər əl-Şabianı məhv edib”, – məlumatda deyilir.

Qeyd olunur ki, Heydər əl-Şabia “Hizbullah” təşkilatında Hardov bölgəsinə komandanlıq edirdi, o həmçinin Hardov bölgəsində, Hermon dağında və şimali Colan təpələrində İMQ-nin mövqelərinə yüzlərlə raket və tankəleyhinə raket atışlarına görə məsuliyyət daşıyırdı.

“Hizbullah” İsrailin bu açıqlamasını hələlik şərh etməyib.

 

Xatırladaq ki, iyulun 27-də “Hizbullah” yaraqlıları Colan təpələrindəki Məcdəl-Şəms şəhərinə zərbə endiriblər, nəticədə 12 uşaq həlak olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR