Dərc edildi: Baxış sayı: 233
İsrail Qəzza zolağında tanklarla reyd keçirdi
İsrail ordusu Qəzza zolağının şimalında reyd keçirib.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, reyd zamanı tanklardan istifadə olunub:
“Gecə İsrail Müdafiə ordusu döyüşlərin növbəti mərhələlərinə hazırlıq çərçivəsində Qəzza zolağının şimalında tanklardan istifadə edərək reyd keçirib. Reyd zamanı hərbçilər çox sayda terrorçu, onların infrastrukturu və raket buraxılış məntəqələri aşkar edərək onlara zərbələr endirib, eyni zamanda döyüş meydanının hazırlanması üzrə əməliyyatlar həyata keçirib”.
Bildirilir ki, reyddən sonra hərbçilər ərazini tərk edib və İsrail ərazisinə geri qayıdıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət