İsrail Pentaqon rəhbəri ilə danışıqlardan sonra Qəzzaya hücumların intensivliyini azaldacaq
“İsrail tezliklə Qəzza zolağında həyata keçirdiyi əməliyyatın növbəti, daha az intensiv mərhələsinə keçəcək”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Müvafiq bəyanatı Yəhudi Dövlətinin Müdafiə Nazirliyinin rəhbəri Yoav Qallant ABŞ Pentaqonun rəhbəri Lloyd Ostin ilə danışıqlardan sonra verib.
Bu görüş zamanı onlar Qəzzaya hücumlardan mülki şəxslərə dəyən zərərin azaldılması yollarını müzakirə ediblər
Qallant yerli əhalinin Fələstin anklavının ən sıx məskunlaşdığı ərazi statusuna malik olan Qəzzanın şimalına qayıda biləcəyinə də diqqət çəkib. Bununla belə, nə o, nə də Pentaqonun rəhbəri daha kəskin əməliyyatlara keçidin konkret tarixlərini açıqlayıb.
“Bizim missiyamıza nail olduğumuz hər bir sahədə biz tədricən növbəti mərhələyə keçə və yerli əhalini geri qaytarmaq üçün işə başlaya biləcəyik. Ola bilsin ki, buna cənubda deyil, şimalda daha tez nail olmaq daha real olacaq”, - deyə jurnalistlər İsrail müdafiə departamentinin rəhbərindən sitat gətiriblər.
Eyni zamanda, Ostin ABŞ-nin İsrailin təhlükəsizliyinə dəstəyinin sarsılmaz olaraq qalacağına dair zəmanət verib.
Mənbə: osnmedia.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət