Dərc edildi: Baxış sayı: 247
İsrail ordusu Qəzzada 200-dən çox hərbi obyektə zərbə endirib
İsrail ordusu gecə ərzində Qəzza zolağında 200-dən çox hərbi obyektə hücum edib.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı ordunun Mətbuat xidməti yayıb.
“İsrailin Müdafiə Ordusu gecə ərzində Qəzza zolağının bütün ərazisində HƏMAS və “İslami cihad” təşkilatlarının 200-dən çox obyektinə hücum edib. Ordunun qırıcıları HƏMAS terror təşkilatının qərargahına zərbə endirib və təşkilatın hərbi agentini zərərsizləşdiriblər”, - deyə məlumatda qeyd olunub.
Həmçinin bildirilir ki, silah-sursat anbarlarına və terror fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunan banka da zərbə endirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət