İsrail ordusu HƏMAS liderinin ölümünü təsdiqlədi
İsrail Müdafiə Ordusu Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar zamanı üç terrorçunu zərərsizləşdirib.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu öz “X” hesabında paylaşıb.
Onlardan birinin HƏMAS hərəkatının lideri Yəhya Sinvar olması ehtimal edilir. Hazırda bu barədə məlumat ordu tərəfindən dəqiqləşdirilir: “İndiki mərhələdə terrorçuların şəxsiyyətini təsdiq etmək mümkün deyil”.
Məsələ ilə bağlı detalların daha sonra açıqlanacağı qeyd olunub.
Xatırladaq ki, bir müddət əvvəl Yəhya Sinvarın öldüyü ilə bağlı iddialar yayılsa da, daha sonradan onun sağ olduğu açıqlanmışdı.
Onu da qeyd edək ki, Y.Sinvar HƏMAS lideri İsmayıl Haniyənin iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülməsindən sonra hərəkata rəhbər seçilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət