Slimfit
  1. SİYASƏT

İsrail mediası: Şuşada erməniləri şoka salan azərbaycanlı...

İsrail mediası: Şuşada erməniləri şoka salan azərbaycanlı...
Sakura

İsrail mediası: Şuşada erməniləri şoka salan azərbaycanlı...

İsrailin məşhur “Yəhudi jurnalı” (Еврейский журнал) dərgisi Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı Albert Aqarunov haqda yazı dərc edib.

Axar.az xəbər verir ki, ingilis dilində hazırlanmış yazıda Bakıda Aqarunovun möhtəşəm heykəlinin təntənəli açılışından, həmçinin qəhrəmanın adına olan küçə və məktəbdən bəhs edilib.

Məqalənin ikinci hissəsində müəllif Azərbaycandakı yəhudilərin yaşam tərzindən və Albertin Qarabağdakı şücaətindən söhbət açıb:

“Hazırda Azərbaycanda 30 minə yaxın yəhudi rahat şəkildə yaşayır və işləyirlər. Aqarunov da Azərbaycanda “dağ yəhudiləri” ailəsində anadan olub. 1991-ci ildə könüllü olaraq yüz illərdir yəhudiləri qoruyan və himayə edən dövlətin ordu sıralarına qoşulur.

O, güclü tankçı idi. Döyüşlərdən birində bir mərmi ilə iki erməni tankını məhv etdiyinə görə onu “Yəhudi sendviçi” adı ilə çağırırdılar. Albert ermənilərə o qədər mane olurdu ki, düşmən onun başına 100 min ABŞ dolları pul qoymuşdu”.

Yazıda qeyd edilir ki, Albert Qarabağda, xüsusən Şuşada erməni vəhşiliklərinin şahidi olub:

“O, günahsız azərbaycanlı kəndlilərin torpaqda qalan meyitlərini görməsindən ağrı ilə danışırdı. O deyirdi ki, həmin gün hər tərəf ermənilərin öldürdüyü azərbaycanlı qadın və uşaq meyitləri ilə dolu idi”.

Sözügedən yazıda Aqarunovun 23 yaşında olarkən Şuşada erməni snayperinin açdığı atəş nəticəsində şəhid olduğu bildirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR