İsrail İrana qabaqlayıcı zərbə endirməyi düşünür
İsrail rəhbərliyi Tehrandan hücum qaçılmaz olarsa, İrana qarşı qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə “The Times of Israel” məlumat yayıb.
Belə ki, avqustun 4-ü axşam saatlarında İsrailin Baş naziri Benyamin Netanyahu ordu və kəşfiyyat xidmətlərinin rəhbərliyi ilə görüş keçirib.
Bu toplantının iştirakçıları arasında müdafiə naziri Yoav Qalant, İsrail Ordusunun Baş Qərargah rəisi Hertsi Halevi, Mossad kəşfiyyatının rəhbəri David Barnea və Baş Təhlükəsizlik Xidmətinin (əks-kəşfiyyat) rəhbəri Ronen Bar da olub.
Nəşr qeyd edib ki, görüş zamanı qeyd edilib ki, qabaqlayıcı tədbirlər yalnız İranın niyyətləri ilə bağlı kəşfiyyat məlumatlarının doğru olduğuna tam əminlik olduqda mümkün ola bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət