Slimfit
  1. DÜNYA

İspaniya parlamentində səsvermənin ilk turunda baş nazir seçilməyib

İspaniya parlamentində səsvermənin ilk turunda baş nazir seçilməyib
Sakura

İspaniya parlamentində səsvermənin ilk turunda baş nazir seçilməyib

İspaniya parlamentinin aşağı palatasında (Konqress) keçirilən səsvermənin ilk turunda İspaniya Sosialist Fəhlə Partiyasının baş katibi Pedro Sançes baş nazir seçilə bilməyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hazırda baş nazir səlahiyyətlərini icra edən Pedro Sançesin lehinə 166 deputat, əleyhinə 165 deputat səs verib, 18 nəfər bitərəf qalıb.

İspaniya qanunvericiliyinə əsasən, parlamentdə ilk turda baş nazir seçilmək üçün deputatların əksəriyyətinin səsini almaq lazımdır. Başqa sözlə,  350 deputatın olduğu parlamentdə ən azı 176 deputatın dəstəyi gərəkdir. Bununla belə, ikinci turda Pedro Sançesin baş nazir seçiləcəyi gözlənilir. İkinci turda baş nazir seçilmək üçün sadə səs çoxluğu yetərli sayılır. Səsvermənin ikinci turu yanvarın 7-də keçiriləcək.

Pedro Sançesin namizədliyini “Birləşək, biz bacararıq!” sol koalisiyası dəstəkləyib. Bundan əvvəl Pedro Sançes bu siyasi qüvvə ilə koalisiya hökumətinin formalaşdırılması barədə razılığa gəlib.

Xatırladaq ki, keçən il noyabrın 10-da İspaniyada il ərzində dördüncü parlament seçkisi keçirilib. Seçkilərdə İspaniya Sosialist Fəhlə Partiyası qalib gəlsə də, parlamentdə mütləq çoxluğa nail ola bilməyib. Partiya 350 yerlik parlamentdə 120 kürsüyə sahib olub.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR