Dərc edildi: Baxış sayı: 466
İspaniya millisindən qovulan məşqçi “Sevilya”da
İspaniyanın “Sevilya” klubunun yeni baş məşqçisi məlum olub.
“Qafqazinfo” xəbər verir ki, La Liqa təmsilçisinin “sükan”ı Xulen Lopeteqiyə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspan mütəxəssislə 3 illik müqavilə imzalanıb.
2016-2018-ci illərdə İspaniya millisini çalışdıran Lopeteqinin son iş yeri “Real” klubu olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət