Sentyabrın 23-də İspaniya La Liqasının beşinci turun oyunları keçirilib
Sentyabrın 23-də İspaniya La Liqasının beşinci turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun son oyununda gözlənilməz hesab qeydə alınıb. “Nou Kamp” stadionunda keçirilən “Barselona”-“Girona” matçı heç-heçə yekunlaşıb - 2:2.
“Real Madrid” klubu isə doğma meydanda Kataloniyanın digər təmsilçisi “Espanyol” komandasını sınağa çəkib. Görüş “Kral klubu”nun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolu 41-ci dəqiqədə Marko Asensio vurub.
Madrid şəhərinin digər təmsilçisi “Atletiko” səfərdə “Getafe” klubunu 2:0 hesabı ilə məğlub edib.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Ueska” – “Real Sosyedad” - 0:1
“Rayo Vallekano” – “Deportivo Alaves” - 1:5
“Selta Viqo” – “Real Valyadolid” - 3:3
“Eybar” – “Leqanes” - 1:0
“Levante” – “Sevilya” - 2:6
“Villyareal” – “Valensiya” - 0:0
“Real Betis” – “Atletik Bilbao” - 2:2.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət