Slimfit
  1. DİN

İslam təqviminin həcc, qurbanlıq və qədir-xum ayı olan zil-hiccə ayı başlayır

İslam təqviminin həcc, qurbanlıq və qədir-xum ayı olan zil-hiccə ayı başlayır
Sakura

İslam təqviminin həcc, qurbanlıq və qədir-xum ayı olan zil-hiccə ayı başlayır

Hicri-qəməri təqvim ilinin son ayı, həcc, qurbanlıq, qədir-xum və sair dini-tarixi hadisələri özündə ehtiva edən zil-hiccə ayı başlayır.

Ens.az İnterAz.az-a istinadən xəbər verir ki, bu gün hicri-qəməri təqvimi ilə 1440-cı ilin zil-hiccə ayının birinə təsadüf edir. Zilhiccə ayı hicri-qəməri təqvim ilinin sonuncu ayıdır. Ondan sonra isə növbəti ilin məhərrəm ayı gəlir.

Zilhiccə ayı bir çox dini ayinləri və dini-tarixi hadisələri özündə ehtiva edir.

Bu ayın biri müsəlmanların birinci imamı İmam Əli (ə) ilə imamlar anası və peyğəmbər qızı həzrət Fatimeyi-Zəhranın (s.ə) izdivac günüdür.

Bu ayın yeddisi müsəlmanların beşinci imamı İmam Baqirin (ə) şəhid edilən günüdür.

Zil-hiccənin 8-dən həcc mərasiminin ayinləri başlayır və 13-ə kimi davam edir.

Bu ayinlərin içində qurbanlıq daha çox əhəmiyyət kəsb edir və təkcə Məkkədəki hacılar deyil, bütün müsəlman dünyası o cümlədən Azərbaycan əhalisi onu qeyd edir.

Ayın 15-i müsəlmanların doqquzuncu imamı İmam Hadinin (ə) doğum gününə təsadüf etdiyi halda, 18-i də Qədir-Xum gününə təsadüf edir. Bu gündə müsəlmanların birinci imamı Əli ibni Əbu-Talib on minlərlə insanın qarşısında peyğəmbər tərəfindən canişinliyə təyin edilib.

Zilhiccənin 24-ü isə Mübahilə günü kimi müsəlman dünyasında qeyd edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR