Slimfit
  1. TEXNOLOGİYA

İşığın köməyi ilə idarə olunan hesablamaların aparılması texnologiyası yaradılıb

İşığın köməyi ilə idarə olunan hesablamaların aparılması texnologiyası yaradılıb
Sakura

İşığın köməyi ilə idarə olunan hesablamaların aparılması texnologiyası yaradılıb

“Ağıllı” saatdan superkompüter modullarına qədər bütün elektron qurğuların əsasında yarımkeçirici çiplər şəklində prosessorlar və yaddaş kimi komponentlər dayanır. Bu çiplər silisiumun alt qatının səthində yerləşmiş tranzistorlardan ibarətdir. Bu kimi cihazlar çox kiçik olduğu üçün alim və mühəndislər daim yeni materiallar, məntiqi əməliyyatları və informasiya saxlama funksiyalarını yerinə yetirə biləcək texnologiyalar axtarışında olurlar.

Tokio Universiteti və Yaponiya Riken Tədqiqat İnstitutunun alimləri məntiq və hesab əməliyyatlarını apara bilən yeni cihaz yaradıblar. Elektrik sahələrindən istifadə edərək ultrabənövşəyi işıq ilə idarə olunan cihaz kimyəvi təbiətə malikdir.

dailytechinfo.org saytının məlumatına görə, kimyəvi hesablama qurğusunun əsasını səthində spiral pilləkən formasına bənzər formaları yığa bilən xüsusi molekullar yerləşmiş disk təşkil edir. Bu molekullar sütunlu maye kristal (columnar liquid crystals, CLC) adlanır. Elektrik sahələrin və işığın təsiri CLC-molekullarında müxtəlif formaların yaranmasına səbəb olur. Tədqiqatçılar qeyd edir ki, bu proqramlaşdırılmış kimya üzrə ilk tətbiqdir.

Hesablama funksiyalarının icra edilməsi üçün CLC-molekulların nümunələri onlara daxil edilmiş elektrodlu iki şüşə lövhənin arasında yerləşir. Bununla yanaşı, molekullar müəyyən tezliklə modullaşdırılan polyarlaşmış ultrabənövşəyi şüa ilə işıqlandırılır. Mühitdə CLC-molekullar olduğu zaman elektrik sahə və işıq hərəkət etməyə başlayaraq molekullar işığın keçməsinə mane olur. Ötürülən işıq səviyyəsi tənzimləyici vasitəsilə qeyd edilir.

 

Mənbə: İct.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR