Slimfit
  1. CƏMİYYƏT

İri ticarət mərkəzləri sentyabrın 30-dək... - QƏRAR

İri ticarət mərkəzləri sentyabrın 30-dək... - QƏRAR
Sakura

İri ticarət mərkəzləri sentyabrın 30-dək... - QƏRAR

Sərtləşdirilmiş xüsusi karantin rejimində  Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin bir sıra məhdudiyyətlər tətbiq edilir.

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair Qərarına əsasən, bu məhdudiyyətlər aşağıdakılardır: 

- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması;

- ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə  saat  00:00-dan 09:00-dək  yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi;

- 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətlərinin həyata keçirilməsi;

- çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti; 

- 2020-ci il 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək, 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.

Qərar sentyabrın 30-dək qüvvədədir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR