Slimfit
  1. İQTİSADİYYAT

İri holdinq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat ianə verəcək

İri holdinq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat ianə verəcək
Sakura

İri holdinq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat ianə verəcək

“PAŞA Holding” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat ianə verəcək.

 

Marja xəbər verir ki, bu barədə holdinqin məlumatında deyilir.

 

İndiyədək holdinq tərəfindən Azərbaycanda koronavirusu aşkarlamaq üçün laboratoriyanın yaradılmasına 3 milyon avro maliyyə vəsaiti dəyərində töhfə verilib. 

 

Farmaseftik preparatların satışı ilə məşğul olan “AzeriMed” MMC də Azərbaycanda yayılmasının qarşısını almaq məqsədi ilə yaradılmış və ölkə əhalisinin təhlükəsizliyinə xidmət edən Koronavirusla Mübarizəyə Dəstək Fonduna hesab nömrəsi açıldıqdan dərhal sonra 200 min manat vəsait köçürüb.

 

Ölkənin iri quşçuluq təsərrüfatlarından olan “Siyəzən Broyler” ASC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 197 min manat vəsait ayrılması haqqında qərar qəbul edib.

 

Xəbər verdiyimiz kimi, tikinti materialları istehsalçısı “Mətanət A” şirkəti ilkin mərhələdə Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait ayırıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR