Slimfit
  1. SİYASƏT

İrəvanın 2 yolu var: əgər sülh bağlamasa...

İrəvanın 2 yolu var: əgər sülh bağlamasa...
Sakura

İrəvanın 2 yolu var: əgər sülh bağlamasa...

Ermənistanda çoxları tədricən başa düşür ki, ya ölkə dövlətçiliyini itirəcək, ya da Azərbaycanla barışmalı olacaq.

Axar.az xəbər verir ki, bunu Rusiyanın tanınmış politoloqu, hərbi ekspert Yevgeni Mixaylov deyib.

“Qarabağ klanı artıq siyasi birlik kimi mövcud deyil. Regionda vəziyyət dəyişib və İkinci Qarabağ müharibəsindən əvvəlki vəziyyətə qayıtmaq mümkün deyil. Müxalifətin və revanşistlərin danışıqlar prosesinə təsir etmək cəhdləri bir daha nəticəsiz qalacaq. Ermənistanda müxalifəti dəstəkləyənlər, hələ də Qarabağ məsələsini manipulyasiya etməyə çalışanlar getdikcə azalır. Ermənistanda vəziyyəti qızışdırmaq cəhdləri, ilk növbədə, xarici təzyiqlər altında hələ də davam edir. Onlar Ermənistan daxilində Rusiyadan narazılıq yaratmaq prinsipi ilə hərəkət edirlər. Ermənistanda vəziyyətin dəyişməsi Qərbin qeyri-hökumət fondları vasitəsilə həyata keçirilir. İrəvanda dəstəklənən qərbyönlü qüvvələr başa düşürlər ki, antirusiya və antiazərbaycan siyasəti həyata keçirməsələr, onlara maliyyə yardımları dayanacaq”, - o bildirib.

Mixaylov qeyd edib ki, Paşinyana bu qədər güclü təzyiq olmasaydı və onun hakimiyyətdə qalması əsas vəzifəsinə çevrilməsəydi, o, Azərbaycanla sülhə çoxdan razılaşardı:

“Paşinyan Azərbaycanla sülh imzalamaqdan qorxur. Onun təhlükəsizliyinin təminatlarına ehtiyacı var. Azərbaycan bütün platformalarda qalib gəlir. Çünki onun güclü diplomatiyası var, Bakı münaqişənin həlli üçün əvvəlcə diplomatik yolu seçib. Müharibə təxminən 30 ildən sonra başlayıb. Nəhayət, danışıqlar dalana dirənib və Ermənistan mütəmadi olaraq ona nəsə olacağını düşünmədən təxribatlar törətməyə başlayıb. Sonda Paşinyan qərar verməli olacaq - əgər o, Rusiyanın müttəfiqi olmaq istəyirsə, o zaman Azərbaycanla danışıqlar aparmalıdır. Diqqətinizi bir fakta cəlb etmək istərdim ki, Azərbaycan Rusiyanın daha güclü müttəfiqinə çevrilir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR