Dərc edildi: Baxış sayı: 488
İrəvandan göndərilən helikopter Xankəndiyə endi
Xankəndidəki yanacaq stansiyasında partlayış nəticəsində yaralanan erməniləri daşımaq üçün göndərilən ilk helikopter Xankəndiyə enib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yaralılar helikopterlər vasitəsilə İrəvandakı tibb müəssisələrinə aparılır.
Qeyd edək ki, ötən gün Xankəndi-Əsgəran yolu üzərindəki yanacaq məntəqəsində partlayış olub. Partlayışda 20 nəfərin öldüyü, 290 nəfərin yaralandığı bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət