Dərc edildi: Baxış sayı: 314
İrəvandakı Avropa çempionatından imtina edən Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıb
Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb.
“Report”un məlumatına görə, Azərbaycan ağırlıqqaldıranlarını və federasiya nümayəndələrini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Qeyd edək ki, qitə birinciliyinin dünən keçirilən açılış mərasimində Azərbaycan bayrağının yandırılması səbəbindən ağırlıqqaldıranlarımız Avropa çempionatında yarışmaqdan imtina ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət