Dərc edildi: Baxış sayı: 259
“İraqın İslam Müqaviməti” qruplaşması ABŞ-nin Suriyada daha iki hərbi bazasına hücum etdi
Suriyanın Deyr əz-Zövr və Həsəkə əyalətlərində şiə silahlı qruplaşmalarının pilotsuz təyyarələri Amerika hərbi bazalarına hücum edib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, verilən məlumata görə, “İraqın İslam Müqaviməti” qruplaşması pilotsuz uçuş aparatları (PUA) vasitəsilə “Əl-Ömər” neft yatağı yaxınlığında və Əş-Şəddadda yerləşən ABŞ-nin hərbi bazalarına zərbələr endirib.
Hücum qruplaşmanın ABŞ-nin Homs əyalətindəki Ət-Tənf hərbi bazasına PUA-larla hücuma görə məsuliyyəti öz üzərinə götürməsindən bir neçə saat sonra baş verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət