Slimfit
  1. İQTİSADİYYAT

İranla Azərbaycan arasında bütün tranzit əməliyyatlar elektron şəkildə aparılacaq

İranla Azərbaycan arasında bütün tranzit əməliyyatlar elektron şəkildə aparılacaq
Sakura

İranla Azərbaycan arasında bütün tranzit əməliyyatlar elektron şəkildə aparılacaq

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İran və Azərbaycan sərhədində yerləşən Astara Gömrük keçid məntəqəsinə səfər edib. 

S.Mehdiyev iki ölkə arasındakı əməkdaşlığın daha da yüksək inkişaf etdiyini qeyd edib: “Biz İranla Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olmasından qürur duyuruq”.

Report”un İran mediasına istinadən verdiyi xəbərə görə, DGK rəhbərliyi Astarada keçirilən “e-TIR” pilot layihəsinin açılış mərasimində iştirak edib. Bu layihə imkan verəcək ki, iki ölkə arasında bütün tranzit əməliyyatların elektron şəkildə aparılmasına imkan yaradacaq.

“e-TIR” layihəsi üzrə anlaşma bu ilin martında Bakıda İranın Gömrük Administrasiyasının rəhbəri Mehdi Mir-Əşrəfi və DGK sədri Səfər Mehdiyev arasında imzalanıb.

Razılaşmaya görə, iki İran və iki Azərbaycan tranzit şirkəti layihənin ilk fazasında əməkdaşlıq edir. Qeyd edək ki, İran eyniadlı layihəni bundan öncə Türkiyə ilə həyata keçirib və artıq layihənin ikinci fazası başlayıb. Rəsmi Tehran bəyan edib ki, tranzit daşımaları asanlaşdırmaq, bu sahədə fırıldaqçılığı aradan qaldırmaq və şəffaflığa nail olmaq üçün TIR konvensiyasına daxil olan 74 ölkənin hamısı ilə əməkdaşlıq etməkdə maraqlıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR