Slimfit
  1. DÜNYA

İranın raket zərbələri: onlarla Amerika hərbçisinin xəsarət aldığı üzə çıxdı

İranın raket zərbələri: onlarla Amerika hərbçisinin xəsarət aldığı üzə çıxdı
Sakura

İranın raket zərbələri: onlarla Amerika hərbçisinin xəsarət aldığı üzə çıxdı

İranın general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq yanvarın 8-də İraqdakı Ayn-əl-Əsəd aviabazasına raket zərbələri nəticəsində Birləşmiş Ştatlar prezidenti Donald Trampın bəyan etdiyi kimi, heç də bütün Amerika hərbçiləri sağ-salamat qurtulmayıb. Virtualaz.org xəbər verir ki, raket zərbələrinin nəticəsi olaraq onlarla ABŞ hərbçisi müxtəlif dərəcələrdə xəsarətlər alıb.

Bu barədə yazan «The Washington Post» qəzeti bildirir ki, İran ballistik raketlərinin aviabazada partlaması nəticəsində iki əsgəri partlayış dalğası pəncərədən çölə tullayıb. Və onlarla digər amerikalı hərbçi  partlayış dalğasının nəticəsi olaraq beyin silkələnməsinə və dağılan beton plitələrin qəlpələri nəticəsində yaranan müxtəlif dərəcəli travmalara məruz qalıb.

 

 

Hərbi bazadakı ABŞ komandirləri deyiblər ki, İranın raket hücumları birbaşa Amerika hərbi personalını öldürməyə hesablanmışdı. Bu da iki dövlət arasında birbaşa müharibəyə gətirib çıxara bilərdi.

Raketlər hərbi bazanın ərazisində dərin çalalar açıb, vertolyot meydançaları və əsgər kazarmaları dağıdılıb. Hücum barədə əvvəlcədən xəbərdar olan hərbçilər bunkerlərdə gizləniblər, amma hər halda xəsarətsiz ötüşməyib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR