Slimfit
  1. DÜNYA

İranda vurulan təyyarənin "qara qutusu" Kiyevdə yanvarın 20-də açılacaq

İranda vurulan təyyarənin "qara qutusu" Kiyevdə yanvarın 20-də açılacaq
Sakura

İranda vurulan təyyarənin "qara qutusu" Kiyevdə yanvarın 20-də açılacaq

“Beynəlxalq ekspertlər qrupu İranda vurulan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarəsinin uçuş qeydlərini yanvarın 20-də deşifrə etməyə başlayacaq”. 

APA TASS-a istinadən xəbər verir ki, bunu İrandan qayıtdıqdan sonra Kiyev Elmi-tədqiqat İnstitutunun direktoru məhkəmə eksperti Aleksandr Ruvin deyib.

"Vurulmuş “Boeing”in qara qutusunun deşifrə edilməsi Ukraynada aparılacaq. Yanvarın 15-də İran Aviasiya Bürosunun rəhbəri və bütün mütəxəssislər buraya gələcək”, - deyə A.Ruvin vurğulayıb. 

O, əlavə edib ki, DNT analizi üçün fəlakət qurbanlarının müəyyənləşdirilməsi davam edir: “İran Prezidenti meyitlərin bütün qalıqlarının yanvarın 19-dək təhvil veriləcəyini bildirib”.

Qeyd edək ki, təyyarənin vurulduğu gün - yanvarın 8-də ukraynalı mütəxəssislərdən ibarət komissiya Tehrana gəlib. Yanvarın 9-da işə qrup hadisə yerində işə başlayıb.

Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinın yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması barədə məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

Daha sonra İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğu ilə bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR