Dərc edildi: Baxış sayı: 85
İranda bütün uçuşlar ləğv edilib
Yaxın Şərqdə hazırkı gərgin vəziyyətə görə İranda bütün aviareyslər ləğv edilib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cafar Yazerlu açıqlayıb.
“Uçuşların təhlükəsizliyini təmin etmək üçün İranda oktyabrın 3-ü səhər 05:00-a qədər bütün reyslər ləğv edilib”, - deyə Yazerlu bildirib.
Xatırladaq ki, oktyabrın 1-də İran İsrail ərazisinə kütləvi raket zərbələri endirib. İsrail Müdafiə ordusu İrandan ölkə ərazisinə təqribən 180 raket atıldığını bəyan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət