Slimfit
  1. AZƏRBAYCAN

İranda “Azərbaycan Türkcəsi Dil Akademiyası” yaradılması tələbi

İranda “Azərbaycan Türkcəsi Dil Akademiyası” yaradılması tələbi
Sakura

İran parlamentinin Təbrizdən seçilən millət vəkili Əhməd Əli Rza Beygi türk millət vəkillərinin “Azərbaycan…

İran parlamentinin Təbrizdən seçilən millət vəkili Əhməd Əli Rza Beygi türk millət vəkillərinin “Azərbaycan Türkcəsi Dil Akademiyası”nın yaradılması tələbi ilə çıxış etdiklərini söyləyib.

İranlı Tələbələr xəbər agentiliyinin (ISNA) məlumatına görə,  Beynəlxalq Aşıqlar Məclisininin açılış mərasimində çıxış edən Rza Beygi Azərbaycan əyaləti millət vəkillərinin bu akademiyanın açılması ilə bağlı tələbində israrlı olduqlarını bildirib.

Rza Beygi deyib ki, “Azərbaycan Türkcəsi Dil Akademiyası”nın yaradılması ölkədəki azərbaycanlı türklərin mədəniyyət, incəsənət və ədəbiyyat irsinin qorunmasında mühüm rol oynayacaq. Akademiyanın yaradılmasına hökumət əhəmiyyət verməlidir. Millət vəkili olaraq bu məsələni təqib edəcəyik.

Qeyd edək ki, Beynəlxalq Aşıqlar Məclisinin açılışına Türkiyə, İran, Azərbaycan və Gürcüstandan 300-dən çox aşıq qatılıb.

Tədbir çərşənbə axşamınadək davam edəcək.

 

Mənbə: Trt.net.tr

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR