Slimfit
  1. DÜNYA

İran XİN: "Cənubi Qafqazda kommunikasiyaların bərpasını alqışlayırıq"

İran XİN: "Cənubi Qafqazda kommunikasiyaların bərpasını alqışlayırıq"
Sakura

İran XİN: "Cənubi Qafqazda kommunikasiyaların bərpasını alqışlayırıq"

"İran Cənubi Qafqazdakı bütün ölkələrin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə hörmət çərçivəsində regionda kommunikasiya yollarının bərpasını alqışlayır".

Oxu.Az-ın "Tasnim"ə istinadən xəbərinə görə, bu sözləri Tehranda keçirilən mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.

Onun sözlərinə görə, İran öz qonşuluq siyasəti çərçivəsində Cənubi Qafqazda davamlı sülhü dəstəkləyir.

Tehranın fikrincə, bu struktur regionda davamlı sülhün və sabitliyin möhkəmlənməsinə kömək edə bilər.

"İran Cənubi Qafqaz və qonşu ölkələr arasında regional əməkdaşlığa dair vahid regional mexanizm nümunəsi kimi Cənubi Qafqazda "3+3" mexanizmini ciddi şəkildə dəstəkləyir.

Bu istiqamətdə görüşlər təşkil olunub və üzvlər arasında əldə olunan koordinasiya əsasında iclas keçiriləcək", - deyə o əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR