Dərc edildi: Baxış sayı: 514
İran Qasim Süleymaninin adına ballistik raket istehsal edib
ABŞ-ın terror etdiyi İslam İnqilabının Keşikçilər Ordusunun (Sepah) Qüsd Korpusunun komandanı general Qasim Süleymaninin və İraqın Haşd-Şabi qüvvələrinin rəhbər müavini Əbu-Mehdi əl-Mühəndisin adına ballistik raket istehsal edilib
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İranın müdafiə nazirinin müavini açıqlama verib.
Bildirilib ki, İranda Qasim Süleymani və Əbu-Mehdi əl-Mühəndisin adına yeni ballistik raketlər ərsəyə gətirilib.
Qasim Süleymani adlı raketin hədəfi vurma məsafəsinin 1,400 km olduğu və radarlardan qaçma qabiliyyətinə malik olduğu bildirilib.
Eləcə də bildirilib ki, Əbu-Mehdi əl-Mühəndis adlı kruiz raketi suda olan hədəfləri vurmaq üçündür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət