Dərc edildi: Baxış sayı: 800
İran prezidentinə küçəyə çıxmaq qadağan edildi
ABŞ hökuməti BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak edən İran Prezidenti Həsən Ruhaniyə Nyu Yorkda gəzməyi qadağan edib.
Axar.az xəbər verir ki, İran Prezidenti BMT-nin Nyu Yorkun Manhetten bölgəsindəki mənzil-qərargahını tərk etmək istəsə, xüsusi icazə almalıdır.
İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi bütün bunları qanunsuzluq adlandırıb. O deyib ki, ABŞ belə addımları ilə bütün beynəlxalq qanunları tapdalayır.
Qeyd edək ki, Prezident Həsən Ruhani BMT-nin 74-cü sessiyası çərçivəsində bu gün Pakistanın Baş naziri İmran Xan və Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət