Dərc edildi: Baxış sayı: 910
İran nüvə silahından imtina etdi
İran nüvə silahlarını inkişaf etdirməyə çalışmır.
Bu barədə ölkənin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif öz “Twitter” hesabında yazıb.
“Əli Xamenei (İranın II ali rəhbəri) çoxdan bizim nüvə silahı axtarışında olmadığımızı deyib. Onları qadağan edən fitva verib” - diplomatın postunda deyilir.
Xatırladaq ki, mayın 20-də İranın nüvə yanacağını dörd dəfə artırdığı məlum olmuşdu.
Ondan əvvəl 15 mayda isə İslam Respublikasının 2015-ci ildə bağlanan nüvə proqramı barədə bəzi öhdəlikləri yerinə yetirməyi dayandırdığı bildirilib.
Qeyd edək ki, 2018-ci ilin mayın əvvəllərində ABŞ prezidenti Donald Tramp Tehran Birgə Hərtərəfli Tədbirlər Planından (JCPOA) Vaşinqtonun birtərəfli çıxması barədə bəyanat verib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət