Slimfit
  1. DÜNYA

İran milyarderlərinə niyə edam cəzası verir?

İran milyarderlərinə niyə edam cəzası verir?
Sakura

Böyük ehtimalla, İran öz milyarderləri barəsində ölüm hökmü çıxarmaqla maliyyə nəzarətini artırmaq istəyir

Böyük ehtimalla, İran öz milyarderləri barəsində ölüm hökmü çıxarmaqla maliyyə nəzarətini artırmaq istəyir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov son dövrlər İranda milyarderlər barəsində ölüm hökmü verilməsinin səbəbləri barədə danışarkən deyib. O bildirib ki, əsas məqsəd heç də ABŞ-ın sanksiyalarının pozulmasının qarşısını almaq deyil:

“Oliqarxlar, milyarderlərlər İranda yaranmış situasiyadan istifadə edərək daha çox varlanmaq cəhdi ortaya qoyur. Valyuta bazarlarında iştirak, neft, qızılın qeyri-qanuni dövriyyəsi və s. barədə hökumətin müəyyən etdiyi qaydalar hansısa formada pozulur. Çünki qızıl özü də investisiya ailəsi hesab olunur. Neft İran üçün strateji resurslardandır. Belə bir şəraitdə hökumət sərt addımlar atmaqla digər dekorderlərin maraq qruplarının davranışlarını tənzimləməyə və nəzarəti sərtləşdirmək yolu ilə qaydaların pozulmasını aradan qaldırmağa çalışır.

Ola bilsin ki, bu milyarderlər qanunsuz yollarla yüksək maliyyə vəsaiti əldə ediblər. İran hökuməti də bu vəsaitləri dövlət büdcəsinə gətirməklə yəqin ki, qısamüddətli dövrdə müəyyən qədər maliyyə dayanıqlılığını təmin etməyə cəhd göstərir. Əsas faktor ondan ibarətdir ki, İran hökuməti hazırda çox sərt qaydalar əsasında idaretməni təmin etməyə çalışır. Əks halda ABŞ-ın tətbiq etdiyi mövcud sanksiyalar fonunda İran çox ciddi çətinliklərlə üzləşəcək”.

R.Həsənovun fikrincə, İranda ABŞ-ın sanksiyalarını pozan insanlara qarşı hər hansı formada cəza nəzərdə tutulmur:

“Məsələn, İran hökuməti vaxtilə bildirmişdi ki, neft ixracından qazandığı pulları dövlətə qaytarsa, milyarder Babək Zəncani barəsində çıxarılmış ölüm hökmü ləğv edilə bilər. Göründüyü kimi, burada söhbət birbaşa dövlətin özünün maraqlarından gedir”.

İqtisadçi hazırda İrandakı iqtisadi vəziyyətin gərin olmasından da danışıb:

“Cənub qonşumuzda iqtisadi vəziyyət kifayət qədər çətindir. Valyuta bazarlarında demək olar ki, ciddi şəkildə disbalans müşahidə olunmaqdadır. İranın neft hasilatının azalması ehtimalları çox yüksəkdir. Noyabrın 4-dən etibarən İran dünya bazarlarına təxminən gündəlik 800 min-1 milyon barrel civarında neft ixrac edəcək. İndiki şəraitdə bu, İran üçün çox böyük risk formalaşdırır. Fikrimcə, bu proseslərin sonu kütləvi inflyasiyaya gətirib çıxaracaq, İran valyutası dəyərsizləşək, neft sənayesi zəifləyəcək. Eyni zamanda gəlirlərin azalması neft sənayesində investisiyaların həcminə də təsir göstərəcək. Son nəticədə hətta orta və uzunmüddətli dövrdə İranda bu çox ciddi sosial partlayışa və dəyişikliklərə qədər gətirib çıxara bilər”.

Qeyd edək ki, İran Ali Məhkəməsi qızıl ticarəti ilə məşğul olan iş adamı Vahid Məzlumini ölüm hökmünə məhkum edib. O, cinayətkar şəbəkəsi yaradaraq, ölkədəki iqtisadi nizamı pozmaqda ittiham edilib.

“Sikkə sultanı” kimi tanınan Məzlumi fəaliyyəti dönəmində 2 ton qızıl sikkə toplaya bilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR