Slimfit
  1. İDMAN

İran istehsalı olan idman avadanlıqlarının Bakıda sərgisi təşkil oluna bilər

İran istehsalı olan idman avadanlıqlarının Bakıda sərgisi təşkil oluna bilər
Sakura

İran istehsalı olan idman avadanlıqlarının Bakıda sərgisi təşkil oluna bilər

“İran istehsalı olan idman avadanlıqlarının Bakıda sərgisi təşkil oluna bilər”.

ONA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İranın gənclər və idman naziri Məsud Sultanifər İranda səfərdə olan həmkarı Azad Rəhimovla görüşdən sonra deyib.

O həmçinin bildirib ki, görüşdə idman komplekslərinin tikintisi üçün iranlı şirkətlərin Azərbaycanda fəaliyyətinə şəraitin yaradılması məsələsi də müzakirə olunub. İki ölkənin ortaq mədəniyyət və tarixinin olduğunu vurğulayan M.Sultanifər deyib ki,  idmançılarının beynəlxalq turnirlərdə birgə iştirakı, dostluq görüşləri,  məşqçi və hakimlərin mübadiləsi,  idmançılar üçün müştərək təlim-məşq toplantıların təşkili kimi məsələlər barədə də razılıqlar əldə olunub.

 A.Rəhimov bildirib ki, bu gün iki dost və qardaş ölkə olan İran və Azərbaycan arasında çox yüksək səviyyədə dostluq  əlaqələri qurulub və bu, digər sahələrdə əlaqələri inkişaf etdirməyə təkan verir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR