Slimfit
  1. SİYASƏT

“İran islam dünyasına düşmən olan dövlətlə dostluğuna son qoymalıdır” - Deputat

“İran islam dünyasına düşmən olan dövlətlə dostluğuna son qoymalıdır” - Deputat
Sakura

“İran islam dünyasına düşmən olan dövlətlə dostluğuna son qoymalıdır” - Deputat

Son vaxtlar İran qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla əlaqələrin qurulmasında fərqli davranış sərgiləyir. Belə ki, cənub qonşumuzun ikitərəfli münasibətlərin qurulmasında, əməkdaşlıq məsələlərində maraqlı olduğu sezilir.

 Təsadüfi deyil ki, son olaraq, ötən gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə regiondakı vəziyyəti müzakirə edib. Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışıblar.

 Maraqlıdır, İran yaxın perspektivdə münasibətlərdə sabitliyin hökm sürməsi siyasətinə sadiq qalacaqmı?

Ens.Az-ın məlumatına görə,mövzu ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Elman Məmmədov davamlı sabit münasibətlərin olması üçün İran tərəfinin bəzi addımlar atmalı olduğunu deyib. Parlamentari Azərbaycanın İranla dostluq münasibətlərinin qurulmasında daha çox maraqlı olduğunu diqqətə çatdırıb:

“Biz İranla münasibətlərimizin daha yüksək səviyyədə olmasında maraqlıyıq və bu istiqamətdə təkliflərimizi də veririk. Bu mənada davranışlarımızla sözümüz üst-üstə düşür. Biz istəyirik ki, İranla münasibətlərdə qarşılıqlı hörmət, əməkdaşlıq, dostluq, bütün sahələrdə inkişaf olsun, İranın müəyyən xoşagəlməz hərəkətləri davam etməsin. Lakin bəzi danılmaz faktlar var. Məsələn, torpaqlarımızın 30 ildən çox işğal altında qaldığı dövrdə İranın ermənilər vasitəsilə ərazilərimizdəki talançılığı, bugünkü İran-Ermənistan yaxınlığı, Hindistan ərazisindən gələn hərbi yüklərin İran ərazisindən Ermənistana daşınması, narkotika qaçaqmalçılığı və s. təbii olaraq, arzuolunmazdır”.

Deputat İranın müsəlman dövlətinə xas olmayan siyasətdən çəkinməli olduğunu qeyd edib:

 “İran başa düşməlidir ki, ölkəsində 40 milyondan çox azərbaycanlı yaşayır, onların səsi, haqqı var. Yeri gələndə həmin soydaşlarımız Azərbaycan dövlətindən kömək istəyirlər. İran bu məqamlarla hesablaşmalı, özünü müsəlman dövləti kimi aparmalı, müsəlman dünyasına düşmən olan dövlətlə dostluğuna son qoymalıdır. Ermənistan bütün islam dəyərlərini təhqir edirsə, sən müsəlman dövləti olaraq onunla necə dostluq, əməkdaşlıq edə bilərsən?

 Biz İranın qonşuluqda mehriban, sədaqətli olmasında maraqlıyıq. İstəyirik ki, vaxtaşırı bizə qarşı sərt bəyanatlarla çıxış etməsinlər, Zəngəzur dəhlizinin açılmasına qarşı olmasınlar. Biz bu istiqamətdə fəaliyyətimizi daima davam etdirməyə hazırıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR