İran ABŞ diplomatlarına qarşı sanksiya tətbiq edib
İranın İraqdakı səfiri İrəc Məcidinin ABŞ tərəfindən sanksiyaya məruz qalmasına rəsmi Tehran cavab verib.
Ens.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə özünün “Twitter” hesabında məlumat verib. O yazıb ki, ABŞ-ın İraqdakı səfiri Matteu Tuller və Ərbildəki Baş konsulu Rob Vallterin adları İranın tərtib etdiyi sanksiyalar siyahısına salınıb.
İran bu adamları bölgədəki terror təşkilatları ilə əməkdaşlıqda və general Qasım Süleymanının qətlində iştirak etməkdə ittiham edir.
Qeyd edək ki, ABŞ İranın İraqdakı səfiri İrəc Məcidinin adını sanksiyalar siyahısına salıb. Səfir İran İslam İnqilabının Keşikçiləri Korpusu (Sepah) ilə əməkdaşlıqda ittiham olunub. Sepahın özünün də adı sanksiyalar siyahısındadır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət