Dərc edildi: Baxış sayı: 2730
İRADƏ AYTELİN HEKAYƏSİ FİLM OLDU
Aldığımız məlumata görə, görkəmli yazar və publisist İRADƏ AYTELin bir zamanlar mətbuatda yayımlanmış olan və xeyli oxucunun böyük marağına səbəb olmuş hekayəsi “VİRTUAL SEVGİ” gənc rejissor ELŞƏN İSMAYILın marağını cəlb etmiş və hekayə əsasında yeni film ssenarisi yazılmışdır. Artıq “RUHUMUN ƏKİZİ VƏ YA GÜZGÜDƏKİ MƏN” adı ilə yeni bir romantik, ağır psixoloji dram janrında yeni bir filmin çəkilişlərinə də başlanılmışdır.
Operator ELÇİN İSMAYIL, İdeya müəllifi və Baş prodüser İRADƏ AYTELdir. Filmin sentyabr ayında izləyicilərə təqdim olunması planlaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət