Dərc edildi: Baxış sayı: 307
İqtisadiyyat Nazirliyində vəzifə təyinatları olub
İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidentinə daha bir müşavir təyin edilib.
“Report” xəbər verir ki, bu, Fuad Pənahovdur.
O, bundan əvvəl Nazirliyə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini olub. F.Pəhanovu keçmiş vəzifəsində indiyə qədər bu şirkətdə çalışan Elxan Şiriyev əvəz edib.
AZPROMO prezidentinin digər müşaviri əvvəlki qaydada Nəcmin Həsənlidir. Fondun prezidenti vəzifəsini isə müvəqqəti olaraq Yusif Abdullayev icra edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət