Slimfit
  1. CƏMİYYƏT

İqtisadiyyat nazirinə yeni müavin təyin olunub

İqtisadiyyat nazirinə yeni müavin təyin olunub
Sakura
:0

İqtisadiyyat nazirinə yeni müavin təyin olunub

Prezident İlham Əliyev İqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncamla bu vəzifə Sahib Nurəddin oğlu Ələkbərova həvalə edilib. 

O, indiyə qədər Vergilər nazirinin müavini olub. 

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri S.Ələkbərov 1952-ci ildə Samux rayonunda anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirib.

Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olub.

O, 2005-2009-cu illərdə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2009-2010-cu illərdə Dövlət Statistika Komitəsi sədrinin müavini, 2 iyul 2010-cu il tarixindən isə Vergilər nazirinin müavini vəzifələrində çalışıb.

Ailəlidir, üç övladı var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR