Slimfit
  1. İQTİSADİYYAT

İqtisadçı manatın perspektivlərini şərh edir

İqtisadçı manatın perspektivlərini şərh edir
Sakura

İqtisadçı manatın perspektivlərini şərh edir

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, tərəfdaş ölkələrin valyutalarının ucuzlaşması Azərbaycanda ilin əvvəlində başlayan idxalın artım sürətini daha da dərinləşdirir.

“Azərbaycan manatı üçün xarici şərtlər əhəmiyyətli dərəcədə dəyişib”. Bunu Sputnik Azərbaycan-a qonşu ölkələrdə valyuta ucuzlaşmasını manata təsirlərini şərh edərkən iqtisadçı ekspert Rəşad Həsənov deyib.
Rəşad Həsənov: “Hökümət möhkəm məzənnə siyasətini dəyişmə məcburiyyətində qala bilər”

Ekspert bildirib ki, hazırda əsas problemlər ticaət tərəfdaşlarımız olan Rusiya, Türkiyə və İrandan qaynaqlanır: “Bu ölkələrin valyutalarının ucuzlaşması onların istehsal etdiyi mal və xidmətlərin dəyərini aşağı salır. Bu isə Azərbaycanda ilin əvvəlində başlayan idxalın artım sürətini daha da artırır. Həmçinin Azərbaycandan Türkiyəyə turizm məqsədiylə axan valyutanın həcmi artacaqdır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycandan bu ölkələrin qara bazarlarına valyuta axa bilər. Bu isə Azərbaycanda valyutaya olan tələbatı artırmaqla milli valyutaya təzyiq gücləndirə bilər. Digər məsələ isə ondan ibarətdir ki, Azərbaycan yerli istehsalı müdafiə etmək üçün addımlar atacaq. Hökümət möhkəm məzənnə siyasətini dəyişmə məcburiyyətində qala bilər. Bu da nəticədə yeni bir məzənnə ucuzlaşmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, son günlər ABŞ və Türkiyə arasında yaşanan gərginlik lirənin məzənnəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR